Vaşinqton Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüşün keçirilməsini mümkün hesab edir.
Yeniera.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff “Fox News” telekanalına verdiyi müsahibəsində bildirib.
“Düşünürəm ki, bu, ikitərəfli görüşlə nəticələnə bilər. Mənim şəxsi qənaətim budur ki, ABŞ prezidenti Donald Tramp razılaşmanın əldə olunması üçün danışıqlar masasında iştirak etməli olacaq,” – deyə o bildirib.
Qeyd edək ki, avqustun 22-də Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında Putin və Zelenski arasında hər hansı görüşün planlaşdırılmadığını bildirmişdi. Onun sözlərinə görə, belə bir görüş yalnız konkret və aydın gündəm formalaşdıqdan sonra mümkün ola bilər.
Vüsal Ömərov

