Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycan XİN BƏYANAT YAYDI
  • Bakıda bu göyərti növünün qıtlığı yaranıb — Səbəb açıqlandı
  • Bakıda modelin ev almaq üçün topladığı pulu bibisi oğurladı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Məhkəmədə azərbaycanlı girovların öldürülməsi və digər cinayətlər üzrə sənədlər elan olunub

Məhkəmədə azərbaycanlı girovların öldürülməsi və digər cinayətlər üzrə sənədlər elan olunub

Hadisə Ariz Əhədov12.09.2025 - 16:01
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sentyabrın 12-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Yeniera.az xəbər verir ki, elan olunan sənədlərdən biri 1991-ci il yanvarın 12-də Xocavənd-Qaradağlı yolunda hərəkət edən avtobusa basqın edilməsi faktı üzrə olub. Xocavənd rayon sakini Rəhimov Kamal Baxış oğlunun idarə etdiyi və içərisində 25-30 nəfər Xocavənd kənd sakininin avtobus Xocavəndin Xocavənd-Kiş-Qaradağlı yolunun 6-cı kilometrliyində ermənilər tərəfindən müxtəlif çaplı odlu silahlarla atəşə tutulub.

Digər sənəd 1991-ci il yanvarın 28-də Nəzərova Fəranə Nəriman qızının öldürülməsi faktı ilə bağlı olub. O, Xocavənd rayonunun Xocavənd kəndində odlu silahdan atəş açmaqla qətlə yetirilib.

Növbəti sənəddə göstərilib ki, həmin kəndin sakini, 7-ci sinif şagirdi Məmmədov Azər İspəndiyar oğlu 1991-ci il yanvarın 29-da küçədə həmyaşıdları ilə oynayarkən Xocavənd şəhəri tərəfdən odlu silahdan atəş açılması nəticəsində qarın nahiyəsindən xəsarət alıb.

Digər cinayət işi üzrə sənəddə isə bildirilib ki, 1991-ci il fevralın 15-də Nəbiyev Camal Abbasəli oğlu yaşadığı Goranboy rayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndinə gedərkən, Buzluq kəndinin yaxınlığından keçən aşırımda 40-50 metr məsafədən avtomat və digər odlu silahlardan atəşə tutularaq qətlə yetirilib.

Elan edilən digər sənəd avtobusun atəşə tutulması faktı ilə əlaqədar olub. Qeyd edilib ki, 1991-ci il fevralın 24-də Yevlax-Laçın avtomobil yolunun 99-cu kilometrliyində Xankəndi şəhərinin şərq hissəsində naməlum şəxslər tərəfindən partlayıcı qurğulardan və avtomat silahdan istifadə etməklə Şuşa avtonəqliyyat müəssisəsinin sürücüsü Z.Ç.Əliyevin idarə etdiyi sərnişinlərlə dolu olan avtobusa basqın olub, bir neçə mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, avtobus yararsız vəziyyətə düşüb.

Bundan başqa, Muradov Qorxmaz Murad oğlunun öldürülməsi faktı üzrə sənəd də elan olunub. Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı Muradov Qorxmaz Murad oğlu 1991-ci il fevralın 25-də ermənilər tərəfindən girov götürülüb, bir gün sonra Xocavənd rayonunun Hacılı (Haslı) kəndində odlu silahla qətlə yetirilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bənzər Xəbərlər

20.06.2026 - 23:51Ariz Əhədov

Bakıda bu göyərti növünün qıtlığı yaranıb — Səbəb açıqlandı

20.06.2026 - 23:23Ariz Əhədov

Bakıda modelin ev almaq üçün topladığı pulu bibisi oğurladı

20.06.2026 - 23:12Ariz Əhədov

Çoxuşaqlı ailələrə mənzil güzəştləri edilə bilər - VACİB AÇIQLAMA

20.06.2026 - 22:52Ariz Əhədov

Ən ağıllı bürclər: Siyahıda neçənci yerdəsiniz?

20.06.2026 - 22:42Ariz Əhədov

Köçəryandan gözlənilməz addım

20.06.2026 - 22:29Ariz Əhədov

Bu ərazilərdə güclü yağış yağacaq

20.06.2026 - 18:12Ariz Əhədov

Ruslan Baxşəliyev şöbə müdir təyin edildi

20.06.2026 - 18:10Ariz Əhədov

Rəşadət Əlizadənin MEYİTİ TAPILDI

20.06.2026 - 18:09Ariz Əhədov

DİQQƏT! Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 188

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.