• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
14°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Kamran Əliyev Laosun baş prokuroru ilə görüşdü - FOTO

24 Sentyabr, 25 / 13:43
A A
Kamran Əliyev Laosun baş prokuroru ilə görüşdü - FOTO

Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun baş prokuroru Saysana Kotputanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Yeniera.az xəbər verir ki, baş prokuror Kamran Əliyev Saysana Kotputanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Baş prokuror görüşdə ölkələrimiz arasında Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman, yəni 1995-ci ildən diplomatik əlaqələrin qurulmasını, həmin vaxtdan etibarən iki ölkə arasında siyasi, iqtisadi-ticarət və mədəni əlaqələrin müvəffəqiyyətlə davam etdirilməsini, hazırda da dövlət başçılarımız arasındakı yaxşı münasibətlərin olmasını və bunun qarşılıqlı əlaqələrin bütün sahələrinə özünün müsbət təsirini göstərməsini vurğulayıb.

Ötən ilin sentyabr ayında Şərq İqtisadi Forumu çərçivəsində Laoslu həmkarı ilə aralarında keçirilmiş ikitərəfli görüşü xatırladan Baş prokuror həmin görüşdə müzakirə edilmiş əməkdaşlıq perspektivlərinin prokurorluqlarımız arasında əlaqələrin inkişafına müsbət təsirini qeyd edib.

Bundan başqa görüşdə Azərbaycanda həyata keçirilən hüquq islahatları, o cümlədən prokurorluq orqanlarının fəaliyyətində operativlik və hesabatlılığın artırılması məqsədilə tətbiq olunan Elektron Prokurorluq İnformasiya Sistemi (EPIS) barədə məlumat verilib.

Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun baş prokuroru Saysana Kotputan çıxışında səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək təmsil etdiyi qurumun Azərbaycanın Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, səfərin əlaqələrin gələcəkdə də inkişaf etidirilməsi, eyni zamanda ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd edib.

Tərəflər həmçinin Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığına toxunaraq hüquqi dialoqun intensivləşdirilməsi, təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində tərəfləri maraqlandıran bir sıra digər məsələləri müzakirə ediblər.

Sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğu arasında Anlaşma Memorandumu imzalanıb.

Qonaqlar, həmçinin, Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.




Ən son xəbərləri bizim Instagram hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub

Növbəti Yazı

Ərdoğanın korteji Nyu-York tıxacında - VİDEO

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.