İtaliyanın baş naziri Corcia Meloni ölkəsinin Fələstin dövlətinin tanınması üçün şərtlərini açıqlayıb.
Yeniera.az xəbər verir ki, bu barədə Meloni ABŞ-nin Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında mətbuata açıqlama verərkən deyib.
Meloni qeyd edib ki, hökumət Fələstinin tanınması təklifini parlamentə bütün girovların azad edilməsi və Həmasın Qəzzadan çıxarılmasından sonra təqdim edəcək.
“Mən Fələstinin tanınmasının əleyhinə deyiləm, lakin biz prioritetlərimizi dəqiqləşdirməliyik” deyən Meloni müxalifətin də bu təklifi dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

