Sloveniya Prezidenti Natasa Pirs Musar BMT Baş Assambleyasında çıxışı zamanı diqqətçəkən açıqlamalar verib.
Yeniera.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzzada törətdiyi soyqırımını xatırladan Musar Qəzzadakı soyqırımı dayandırmalı olduqlarını açıqlayıb:
“Biz Holokostu dayandırmadıq. Ruandadakı soyqırımı dayandırmadık. Srebrenitsadakı soyqırımı dayandırmadıq. Artıq heç bir bəhanəmiz yoxdur, Qəzzada soyqırımı dayandırmalıyıq”.
Musar dünyada qüdrətli zehniyyətinin hökm sürdüyünü və bu vəziyyəti gələcək nəsillərə izah etməkdə çətinlik çəkəcəklərini bildirib.
Leyla Cəfərova

