• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
8°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Messi və digər ulduzların səfəri bu pulların hesabına qarşılanıb

24 Sentyabr, 25 / 23:00
A A
Messi və digər ulduzların səfəri bu pulların hesabına qarşılanıb

Bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunaraq SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub.

Onun Azərbaycan dövlətinə 2 milyard dollardan çox zərər vurduğu iddia olunur. Eyni zamanda Əhmədzadə müxtəlif maliyyə fırıldaqlarında ittiham olunur.

Yeniera.az Publika.az-a istinadla xəbər verir ki, bir müddət öncə Adnan Əhmədzadənin dostluq münasibəti adı altında ulduz futbolçu Lionel Messini, həmçinin digər ulduz futbolçular – Luis Suares, Serxio Buskets və Xordi Albanı Bakıya gətirməsinə təxminən 3 milyon avro vəsait xərclədiyini ilə bağlı məlumat yayılmışdı. O zaman “qara kassir” ləqəbli yalançı iş adamına yaxın olan şəxslər bunu Adnan Əhmədzadənin şəxsi uğuru kimi təqdim etməyə çalışsalar da, əslində vəziyyət fərqli idi. Leo və dostlarının Bakıya gəlişi milyonlarla avroya başa gəlmişdi. O zaman bu qədər xərcin necə qarşılandığı qeyri-müəyyən idi. Çünki Bakı Kristal Zalında keçirilən tədbir belə xərcləri qarşılamaq üçün yetərli deyildi.Son hadisələrdən sonra məlum olur ki, Adnan Əhmədzadə Messi və digər ulduzların səfərini məhz Azərbaycan dövlətindən oğurladığı pulların hesabına qarşılayıb və bunun piarı ilə məşğul olub. O, argentinalı ulduz futbolçuya bahalı hədiyyələr edərək münasibətlərini yaxşılaşdırmağa çalışıb ki, bu vəsaitin mənbəyi də artıq heç kimə sirr deyil.

Adnan Əhmədzadənin fırıldaqları bununla bitmir. O, futbol dünyasının əfsanəsi Ronaldinyonun gəlişinə də pul xərcləyib. “Barselona” ilə münasibətlərində də bu məqam rol oynayıb. Əhmədzadə şəxsi münasibətləri hesabına dostlarının övladlarını İspaniya nəhənginə sırımağa müvəffəq olub. Yəqin ki, bu münasibətlərin qurulmasında oğurladığı pullar böyük rol oynayıb.

Adnan Əhmədzadə son illərdə Azərbaycan futbolunda da aktivləşmişdi. O, bir neçə il əvvəl ölkənin köklü klublarından birini ucuz qiymətə almağa cəhd etsə də, uğursuz olub. Lakin ona məxsus olan “Azerbaiian Sport Talents Academy” (ASTA) şirkəti bu ilin əvvəlində “Mingəçevir” klubunu himayəyə götürüb. Kluba yüksək məbləğdə yatırım ediləcəyi ilə bağlı vədlər verilsə də, bu baş verməyib.

Əhməzadəyə məxsus market şəbəkəsi ölkənin aparıcı klubları ilə reklam əməkdaşlığı edib. Həmin klubların hesabına milyonlarla manat yatırılıb. Bu əməkdaşlıqlardan Adnan Əhmədzadə şəxsi piarı üçün yararlanmağa çalışsa da, əslində o, şəxsi vəsaiti deyil, dövlətdən oğurladığı pullar hesabına bunu edirdi.

Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub

Növbəti Yazı

İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.