• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
9°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Yaslardakı kimi toylarda da qadağa olacaq

25 Sentyabr, 25 / 11:08
A A
Yaslardakı kimi toylarda da qadağa olacaq

Yaslardakı kimi toylarda da qadağa olacaqÖzbəkistanda toy və digər ailəvi mərasimlər üçün yeni qaydalar tətbiq edilib. Belə ki, qonaq sayına məhdudiyyət qoyulub və təmtəraqlı ayinlərə nəzarət gücləndirilib. Azərbaycanda da zaman-zaman belə qadağaların mümkünlüyü müzakirə olunur. Bildirilir ki, bu cür məclislərdə həddindən artıq israfçılığa yol verilir və bu məsələ tənzimlənməlidir.

Ölkəmizdə toylarla bağlı məhdudiyyətlərin qoyulması mümkündürmü?

Yeniera.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Azərbaycanda toy və yas mərasimlərinin çox təmtəraqlı keçirilməsi uzun müddətdir ictimai müzakirə mövzusudur:

“Son dövrlərdə bəzi regionlarda yas mərasimlərinin keçirilməsinə dair məhdudiyyətlər tətbiq edilib. Belə məclislərdə müsrifliyin qarşısı alınmalıdır, lakin bunu təkcə inzibati tədbirlərlə deyil, maarifləndirmə yolu ilə həyata keçirmək daha məqsədəuyğundur. Cəmiyyət bilməlidir ki, təmtəraqlı mərasimlər milli adət-ənənəyə uyğun deyil. İctimai qınaq və bu istiqamətdə davamlı görülən işlər insanların davranışına təsir göstərə bilər. Bununla belə, bəzi hallarda müəyyən məhdudiyyətlərin tətbiqi də vacibdir”.

Deputat qeyd edib ki, xüsusən Bakıda belə mərasimlərində israfçılıq geniş yayılıb və qarşısı alınmalıdır:

“Ehsan süfrələrinin şişirdilmiş formada təşkili, toy mərasimlərində isə şadlıq evlərinin yüksək qiymətləri ailələr üçün ağır yükə çevrilir. Bir çox hallarda insanlar borca düşür və bu, yeni qurulan ailələrin həyatına mənfi təsir göstərir. Halbuki adət-ənənəmizdə əsas məqsəd gənclərə dəstək olmaqdır. İndiki şəraitdə isə bundan yalnız şadlıq evləri qazanır. Restoranlarda bəzən bir nəfər üçün menyu 250-300 manat təşkil edir və bu da süni şəkildə şişirdilmiş qiymətlərdir. Üstəlik, bəzi məqamlarda vaxtı keçmiş ərzaqlardan istifadə edilməsi, səsgücləndiricilərin normadan artıq işlədilməsi sağlamlığa ziyan vurur. Halbuki mövcud normalara görə müəyyən həddən artıq səs insan orqanizminə ciddi təsir göstərir.

Nəticə etibarilə, bu sahədə həm maarifləndirmə, həm də ictimai qınaq mühüm rol oynamalıdır. Əgər bu üsullar effekt verməsə, dövlətin imperativ qaydada məhdudiyyətlər tətbiq etməsi qaçılmaz olacaq. Çünki istər toy, istər yas mərasimindən sonra ailələrin ağır vəziyyətə düşməsi yolverilməzdir”.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin @yeniera
Öncəki Yazı

“Eurolux”un rəhbəri evini satdı - 289 min manatı işçisi ələ keçirdi

Növbəti Yazı

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.