Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi yalandan şahidlik və ədalət mühakiməsinə mane olmaqda ittiham olunur.
Bu barədə Yeniera.az CNN-ə istinadən xəbər verir.
Ceyms Komi və Mərkəzi Kəşfiyyatın İdarəsinin keçmiş direktoru Con Brennan 2016-cı ildə ABŞ prezidenti Donald Trampın Rusiya ilə əlaqələri haqqında sonradan ifşa edilən nəzəriyyənin yayılmasında rollarına görə cinayət işi ilə üzləşiblər.
“Fox News”un məlumatına görə, keçmiş FTB direktoru təqsirli bilinərsə, onu 5 ilə qədər həbs cəzası gözləyir.

