• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
14°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Məktəblərdə dərs vaxtı 40 dəqiqəyə endiriləcək? - AÇIQLAMA

29 Sentyabr, 25 / 15:18
A A
Məktəblərdə dərs vaxtı 40 dəqiqəyə endiriləcək? - AÇIQLAMA

Son günlər geniş müzakirə olunan məsələlərdən biri də məktəblərdə dərs saatının 45 dəqiqədən 40 dəqiqəyə salınması, tənəffüsün isə 5 dəqiqədən 10 dəqiqəyə artırılmasıdır.

Məktəblərdə bu sistamin tətbiqi mümkündür?

Yeniera.az xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a danışarkən bildirdi ki, Azərbaycan neçə ildir ki, kurikulum sisteminə keçib, amma kurikulumu hələ tam mənasında tətbiq edə bilmir:

“Düzdür, beynəlxalq təcrübədə dərs saatının 45 dəqiqədən 40 dəqiqəyə endirilməsi kimi bir məsələ var və bu, müəyyən qədər effekt verir. Əsas məsələ odur ki, biz bunu özümüzdə tətbiq edə bilərikmi? Çünki biz artıq o ənənəvi təhsilə elə öyrəşmişik ki, bu 10 dəqiqə ərzində uşaqların nə ilə məşğul olacağını təsəvvür edə bilmirik. O dəhlizlərdə 10 dəqiqəlik xaosu təsəvvür edin. Sıxılıq olan məktəblərdə 5 dəqiqə ərzində o şagirdləri bir yerə toplaya bilmirlər, qaldı ki, 10 dəqiqəlik tənəffüs olsun”.

Onun sözlərinə görə, bunun üçün maddi-texniki baza formalaşdırılmalı, təlimatlar hazırlanmalı və keçid dövrü üçün müəyyən prosedurlar, qaydalar müəyyən olunmalıdır.

“Mən düşünmürəm ki, bu, yaxın iki il ərzində baş verə bilər. Bunun üçün zamana ehtiyac var. Publik hüquqi şəxsə çevrilmiş məktəblər var ki, bəlkə bu təcrübəni ilkin olaraq pilot kimi onlarda tətbiq edib nəticəsinə baxmaq olar. Əgər effektivdirsə, digər məktəblərə də tətbiq etmək mümkün olsun.

10 dəqiqə ərzində o şagirdlər nə işlə məşğul olacaq? Bu da bir qədər sual doğurur. Kitabxanalarımız elə yaxşı səviyyədə deyil ki, deyək, şagirdlər orada vaxt keçirəcəklər. Məktəblərdə onların vaxtını əyləncəli keçirmək üçün mühit formalaşmayıb. Ona görə də mən düşünmürəm ki, yaxın müddətdə bu keçidi edə bilək. Əgər mümkün olacaqsa, yəqin ki, ən azı bir-iki il vaxt çəkəcək”, – deyə Məzahir Məmmədli yekunlaşdırdı.

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Qəfil yerə yıxılıb, yarım saata yaxın ürək masajı ediblər...

Növbəti Yazı

Vəfat edən Cabir İmanovla bağlı MARAQLI FAKTLAR

XƏBƏR LENTİ

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.