Rusiya lideri Vladimir Putin Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, Xerson və Zaporojjya vilayətlərinin Rusiyaya birləşdirilməsi münasibətilə vətəndaşlara təbrik ünvanlayıb.
Yeniera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı müraciətində qeyd edib ki, üç il əvvəl bu ərazilərin sakinləri öz gələcəklərini referendumlar yolu ilə müəyyən ediblər, tarixi seçim ediblər.
Putin vurğulayıb ki, Rusiya öz yeni regionlarını birləşdirməkdən qürur duyur və onları müdafiə etmək üçün ədalətli mübarizə aparır.
Bu irimiqyaslı layihə artıq konkret nəticələr verib: 2022-ci ildən bəri Donbas və Novorossiyada 23500-dən çox yaşayış binası və sosial infrastruktur obyekti tikilib, 6300 kilometrdən çox yol təmir edilib.
Leyla Cəfərova

