Amerikalı milyarder Elon Mask Netflix-i tənqid edib.
Yeniera.az xarici mediaya istinadən xəbər verir ki, o, “X” platformasında paylaşım edib.
Milyarder iddia edib ki, Netflix yayımladığı “Çıxılmaz son: Paranormal Park” cizgi serialı vasitəsilə uşaqlara trans ideologiyasını tətbiq edib.
Bu iddiadan sonra Netflix səhmləri 2 faiz ucuzlaşıb.
Mask eyni zamanda valideynləri övladlarının sağlamlığı naminə Netflix-i ləğv etməyə çağırıb.
Məşhur milyarder Netflix abunəliklərini ləğv edən istifadəçilərin skrinşotlarını paylaşmaqla da dəstəyini nümayiş etdirib.
Leyla Cəfərova

