• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
14°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

Çingiz Mustafayevin şəhid olmasının detalları MƏLUM OLDU

02 Oktyabr, 25 / 23:27
A A
Çingiz Mustafayevin şəhid olmasının detalları MƏLUM OLDU

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 2-də davam etdirilib.

Yeniera.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə zərərçəkmiş şəxs İlham Məmmədov ifadə verib. O, 2002-ci il mayın 10-da hərbi xidmətdə olarkən posta gedən zaman Haramı düzündə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü deyib. İ.Məmmədov deyib ki, həmin vaxt silahsız olub. Ermənistan silahlı qüvvələrinin hərbçiləri onu döyüb, işgəncələrə məruz qoyub. Bildirib ki, onu döyən zabitlərdən biri xüsusi qəddarlıq nümayiş etdirib. Zərərçəkmiş həmin zabitin adını sonradan öyrəndiyini, onun adının Levon olduğunu deyib.

Zərərçəkmiş şəxs Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında təqsirləndirilən şəxs Levon Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib və deyib: “O, başıma yumruqla, sonra isə avtomatın qundağı ilə vururdu. Məni səngərin üstünə çıxarıb avtomatla atəş açdı. Həmin vaxt arxam Azərbaycan Ordusunun mövqelərinə tərəf idi. Elə yerdə durmağa məcbur etmişdi ki, bizimkilər bilmədən məni vura bilərdi. Sonra məni məcburi olaraq minalı ərazilərdə gəzdirdilər”.

Zərərçəkmiş şəxs Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin, digər dövlət ittihamçıları Təranə Məmmədovanın və Vüsal Abdullayevin suallarını da cavablandırıb. İ.Məmmədov deyib ki, Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində bir həftə saxlanılıb. Sonra isə Ermənistana göndərilib. 6 ay 15 gün saxlanıldıqdan sonra Azərbaycana təhvil verilib.

Zərərçəkmiş müdafiə tərəfinin suallarına cavabında əsir götürülənə qədər L.Mnatsakanyanı tanımadığını, həmin vaxtkı vəzifəsini bilmədiyini söyləyib. “Ancaq həmin vaxt ona olan münasibətə görə təxmin edirəm ki, vəzifəsi qərargah rəisi idi”, – deyə əlavə edib.

O, Levon Mnatsakanyanın suallarına cavabında 1973-cü ildə anadan olduğunu, əsir götürülən zaman baş leytenant rütbəsində olduğunu bildirib. Zərərçəkmiş deyib: “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərkən zabit rütbəsi verdilər. Orada hərbi kafedra var idi”.

Əlavə edib ki, müddətli hərbi xidmət zamanı əvvəlcə arxa cəbhədə xidmət edib, sonradan ön cəbhədə xidmətə göndərilib. Tərxis olunana yaxın əsir götürülüb.

Təqsirləndirilən şəxs L.Mnatsakanyan 2002-ci ildə belə bir hadisənin baş verdiyini, yəni azərbaycanlı hərbçinin əsir götürüldüyünü təsdiq edib. Həmin hərbçinin istintaqa cəlb olunduğunu, müstəntiqlər tərəfindən dindirildiyini və daha sonra isə aidiyyəti üzrə təhvil verildiyini qeyd edib. Bundan başqa, təqsirləndirilən həmin şəxsin işgəncəyə məruz qalmadığını, ona su və çörək verildiyini iddia edib.

L.Mnatsakanyan dövlət ittihamını müdafiə edən prokurorun suallarına cavabında həmin dövrdə əsir düşmüş azərbaycanlının İ.Məmmədov olub-olmadığını bilmədiyini və onu tanımadığını deyib.

Daha sonra təqsirləndirilən Melikset Paşayanın vəkili məhkəməyə müraciət edərək onlara konfidensial görüş verilməsini xahiş edib. Hakim Zeynal Ağayev fasilədə onlara bunun üçün şərait yaradılacağını deyib.

Ardınca təqsirləndirilən Davit İşxanyan məhkəməyə müraciət edərək ona Azərbaycanda qeydiyyatdan keçmiş beynəlxalq qurumların və media qurumlarının siyahısının təqdim olunmasını xahiş edib. İclasda sədrlik edən bu məsələnin məhkəmənin səlahiyyətinə və fəaliyyətinə aid olmadığını deyib. Bildirib ki, Azərbaycanda beynəlxalq qurumların fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Həmin təşkilatlar leqal şəkildə fəaliyyət göstərir və ölkə qanunvericiliyinə hörmətlə yanaşırlar. Hüquqlarını müdafiə edən vəkil həmin təşkilatların siyahısını ona təqdim edə bilər.

Hakim həmçinin Davit İşxanyana bildirib ki, ötən iclasların birində nümayiş etdirilən və iş üzrə sübut kimi keçən Ermənistanın müdafiə nazirinin müavini olmuş Manvel Qriqoryanın videomüsahibəsi də təqsirləndirilən şəxslərin planşetlərinə yüklənəcək.

Qeyd edək ki, həmin müsahibə məhkəmədə tədqiq olunduqdan sonra Davit İşxanyan videomaterialın tam şəkildə onların planşetinə yüklənməsini xahiş etmişdi.

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Mumbay "milyarderlər küçəsi"nə çevrilir - Ən varlı şəxslər burada lüks əmlaklar alır

Növbəti Yazı

Efirdə dava düşdü: "Qapını elçilər dağıdırdı?"

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.