Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycana səfər edəcək.
Yeniera.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
“Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının XII Zirvə toplantısında iştirak edəcək”, – Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd edilib.

