“İrəvanın hazırkı hərəkətləri onun Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində öhdəliklərinə zidd deyil”.
Yeniera.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin rəhbəri Mikayel Ağasandyan deyib.
Ağasandyanın sözlərinə görə, Ermənistanın Avropa İttifaqına daxil olmaq niyyəti ilə bağlı bəyanatları sadəcə siyasi bəyanatlardır.
O xatırladıb ki, Rusiya rəsmilərinin, xüsusilə də baş nazirin müavini Aleksey Overçukun dəfələrlə bəyan etdiyi kimi, bu birliklərin xarakterinə görə eyni vaxtda iki müxtəlif inteqrasiya strukturuna üzv olmaq mümkün deyil.
Rza Əli

