Albaniyanın paytaxtı Tiranada Apellyasiya Məhkəməsinə silahlı hücum olub.
Yeniera.az xarici mediaya istinadən xəbər verir ki, iddia ilə üzləşən 30 yaşlı müttəhim məhkəmə binasının içinə girərək hakim Astrit Kalajanı güllələyib.
Hücum zamanı məhkəmədə qarşı tərəf olan ata və oğul da yaralanıb.
Hadisənin əmlak mübahisəsi ilə bağlı olduğu bildirilir.
Polis qaçan cinayətkarı qısa müddətdə saxlayıb.
Leyla Cəfərova

