Kürdəmir rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.
Yeniera.az xəbər verir ki, qəza zamanı xəsarət alanlar bir ailənin üzvləri olan Bakı və Sumqayıt sakinləri – 1946-cı il təvəllüdlü Qaraşova Məxmər Xalıqverdi qızı, 1979-cu il təvəllüdlü Qaraşov Maxsud Savalan oğlu, 1990-cı il təvəllüdlü Qaraşova Aytac Elxan qızı və 2010-cu il təvəllüdlü Qaraşov Yusif Maxsud oğludur.

