Yekaterinburqda yeniyetmə enerji içkilərini spirtli içki ilə qarışdıraraq içdikdən sonra həyatını itirib.
Yeniera.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Hadisə Bardina küçəsində baş verib. Şahidlərin sözlərinə görə, təxminən 14-15 yaşlarında olan gənc çoxlu miqdarda enerji içkisi qəbul edib və onu spirtlə qarışdırıb.
“Hadisədən dərhal sonra təcili yardım çağırıldı, lakin artıq gec idi”, – deyə qonşulardan biri bildirib. Onun sözlərinə görə, hadisədən əvvəl hər hansı problem və ya səbəb müşahidə olunmayıb.
Rza Əli

