Estoniyanın baş naziri Kaya Kallas iddia edib ki, Rusiya yaxın illərdə Avropaya hücum üçün hazırlaşa bilər.
Yeniera.az bu barədə “Reuters”ə istinadla xəbər verir.
“Hazırda Rusiyanın Avropa İttifaqına hücum etmək imkanı yoxdur, lakin yaxın illərdə buna hazırlaşa bilər,” – deyə Kallas bildirib.
Onun fikrincə, bu səbəbdən Avropa İttifaqı növbəti bir neçə il ərzində hərbi potensialını əhəmiyyətli dərəcədə artırmalıdır.
Leyla Cəfərova

