Ruiya Prezidenti Vladimir Putin bildirib ki, Avropa İttifaqının Rusiya qazından imtinası və “Şimal axını–1” və “Şimal axını–2” kəmərlərinin partladılması ölkənin qaz ixracının yeni bazarlara yönəldilməsini sürətləndirib.
Yeniera.az bu barədə rus mediasına istinadla xəbər verir.
“Bəzi Avropa ölkələrinin Rusiya qazından imtinası və məlum ‘Şimal axınlarının’ partladılması bizi ənənəvi bazarlardan ayırdı. Əvvəlcə ixrac azal sa da, sonradan göstəricilər bərpa olundu,” – deyə Putin qeyd edib.
O vurğulayıb ki, bu proses nəticəsində Rusiya qaz tədarükünü “daha perspektivli və etibarlı alıcılara” yönəldib.
Putinin sözlərinə görə, hazırda qaz tələbatı Asiya-Sakit okean regionunda, Yaxın Şərqdə və Latın Amerikasında artmaqdadır, Avropada isə 2019-cu il səviyyəsinə çatmayıb. Bu isə Avropa sənayesindəki azalmadan qaynaqlanır.
Rza Əli

