• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
8°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Hadisə

Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib - MƏHKƏMƏ

20 Oktyabr, 25 / 13:20
A A
Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib - MƏHKƏMƏ

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Yeniera.az Report-a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hadisə ilə bağlı rəy verən Ədliyyə Nazirliyinin Məhkəmə Eksperiza Mərkəzinin ekspertləri Təhmasib Bağırov və Lətif Əliyev ifadə veriblər.

Azər Maqsudovun vəkili Musa Abdinov deyib ki, ekspertlər rəydə müdafiə tərəfinin qoyduğu suallara cavab verməyib. Vəkil əlavə edib ki, ekspertlərin hadisə ilə bağlı verdiyi rəy yanlışdır.

Ekspertlər də öz növbəsində hadisə ilə bağlı verdikləri rəyi prosesdə izah ediblər. Onlar yanlış rəy vermədiklərini bildiriblər.

Ekspert Lətif Bağırov deyib ki, ona təqdim olunmuş ilkin istintaq rəyi ilə onun verdiyi sonuncu rəy arasında ziddiyyət olmayıb. O bildirib ki, hadisə ilə bağlı rəyi hadisənin görüntülərini əks etdirən videonu tədqiq edərək verib.

Prosesdə təqsirləndirilən Azər Maqsudov ona qarşı qaldırılan mülki iddia ilə bağlı ifadə verib. O bildirib ki, dəfn zamanı mübahisə yaranıb:

“Biz mərhumun böyük qardaşı ilə danışıb məbləğ müəyyən etmişdik. Sonra mərhumun həyat yoldaşı Türkiyədən zəng edərək razılaşmadığını deyib. Yaxınları mərhumun həyat yoldaşının şəhərdə iki ədəd ikiotaqlı ev istədiyini demişdilər. Sonra söhbət olub ki, 400 min manat pul istəyirlər, bu məbləği vəkillərlə razılaşıb 250 min manata düşürdüblər. Biz isə 45 min manat təklif edirik. Mən onların mülki iddiasını qəbul etmirəm”.

Zərərçəkən tərəfin vəkilləri əlavə edib ki, hazırda qarşı tərəflə barışıq əldə olunmayıb.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Növbəti proses oktyabrın 27-nə təyin olunub.

Xatırladaq ki, qəza 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Ən son xəbərləri bizim Instagram hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Suriya Türkiyədən silah ala bilər 

 

Növbəti Yazı

ANAMA-nın əməkdaşı Xocavənddə minaya DÜŞDÜ

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.