Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın yeni görüşünün Ukraynada sülhə yaxınlaşmasını gözləyir.
Yeniera.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Kremlin sözçüsü Budapeştdə keçiriləcək sammitlə bağlı gözləntilər barədə sualı cavablandırarkən deyib:
“Birincisi Ukraynada sülh yolu ilə nizamlanma üzrə irəliləməkdir. Həmçinin görüşdən ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün istifadə etmək imkanı olacaq”.
Yeganə

