Avropa İttifaqının (Aİ) xarici işlər naziri Kaya Kallas Rusiya prezidenti Vladimir Putinin Donald Trampla görüşmək üçün Macarıstan paytaxtına gözlənilən səfərini tənqid edib.
Yeniera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Budapeştə gəlincə, yox, xoşagəlməz haldır…”.
Kallas Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşündən əvvəl jurnalistlərə bildirib. Onun sözlərinə görə, sual bu görüşün nəticəsinin olub-olmayacağıdır:
“Amerikanın Rusiyanı danışıqlar masasına oturmağa məcbur etmək üçün çoxlu imkanları var və onlardan istifadə etsələr, əlbəttə ki, Rusiya müharibəni dayandırsa, yaxşı olar”.
Litva və Finlandiyanın xarici işlər nazirləri də Putinin Aİ ölkələrindən birinə mümkün səfərindən narahat olduqlarını bildiriblər.
Yeganə

