Böyük Britaniya və Polşa Rusiya ilə bağlı təhlükəsizlik təhdidlərinin qarşısını almaq məqsədilə yeni ikitərəfli təhlükəsizlik sazişi üzərində işi yekunlaşdırmaq üzrədir.
Yeniera.az xəbər verir ki, bu barədə “The Times” nəşri Polşanın xarici işlər naziri Radoslav Sikorskaya istinadən məlumat yayıb.
“Polşa və Böyük Britaniya təhlükəsizlik sahəsində ikitərəfli saziş üzərində işi başa çatdırmaq üzrədir”, – deyə məlumatda bildirilir.
Qəzetin yazdığına görə, sənəddə Rusiyanın “saxlanılması” ilə bağlı əlavə tədbirlər, həmçinin insan alverinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə ilə bağlı müddəalar yer alacaq.
Rza Əli

