ABŞ-ın Miçiqan ştatında yaşayan 45 yaşlı Tammy Carvey “ChatGPT” süni intellekt söhbət sisteminin təklif etdiyi nömrələrlə “Powerbal”l lotereyasında 100 min dollar qazanıb.
Yeniera.az xəbər verir ki, 6 sentyabr 2025-ci ildə keçirilən tirajda “Powerbal” cekpotu 1 milyard dolları ötdükdə, Carvey ChatGPT-yə müraciət edib.
“Mən “ChatGPT”-dən “Powerball” nömrəsi dəsti istədim və bu nömrələrlə oynadım”,-deyə Carvey qeyd edib.
Bu rəqəmlər ona dörd ağ topu və qırmızı “Powerball”u düzgün proqnozlaşdırmağa imkan verdi. Normalda 50.000 dollar olan mükafat, biletinə əlavə etdiyi xüsusi çarpan seçimi sayəsində ikiqat artırılaraq 100.000 dollara çatdırıldı.
“Həyat yoldaşım və mən buna inana bilmədik.”
Carvey qalib gəldiyini öyrəndiyi anı belə təsvir etdi: “”Google”-da 50.000 dollarlıq mükafatı görəndə bu qədər qazandığımı düşündüm. Amma hesabıma daxil olanda 100.000 dollar qazandığımı anladım. Həyat yoldaşım və mən buna inana bilmədik.”
O, qazandığı pulu evinin borcunu ödəmək, qalanını isə əmanətə qoymağı planlaşdırır.
Yeganə

