• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
8°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

Dabaq xəstəliyi yeməklə insana keçə bilər? - Rəsmi açıqlama 

21 Oktyabr, 25 / 15:48
A A
Dabaq xəstəliyi yeməklə insana keçə bilər? - Rəsmi açıqlama 

Dabaq virus mənşəli yüksək kontagioz iti gedişli infeksion xəstəlik olub, xüsusən də cütdırnaqlı heyvanlarda bədən temperaturunun yüksəlməsi, ağız boşluğu selikli qişasının, yelin və ətrafların aftalı zədələnmələri ilə səciyyələnir.

Yeniera.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev verib.

Onun sözlərinə görə, dabaq virusunun 7 tipi və 60-dan artıq alt tipi var: “Dabaq xəstəliyinə yoluxmuş heyvanlar digər sağlam heyvanlardan təcrid edilməlidir. Orqanizmin rezistentliyi yüksək olan heyvanlarda xəstəlik özünü yüngül formada, orqanizmin rezistentliyi aşağı olan heyvanlarda isə xəstəlik bir qədər ağır formada büruzə verir. Bu zaman ağız boşluğu, dırnaq nahiyəsi və yelində aftalar əmələ gəlir. Xəstəliyin spesifik müalicə vasitəsi olmadığı üçün heyvanlarda simtomatik müalicə vasitələrindən və vitamin-mineral komplekslərindən istifadə edilir. Dabaq xəstəliyinə yoluxmuş heyvanlarda zədələnmiş sahələr 7-8 gün sonra bərpa olunur və 2 həftə ərzində xəstə heyvanlar sağalır. Xəstəliyi keçirmiş heyvanlarda bir ilə qədər təbii immunitet yaranır. Xəstəliyi vezukulyar stamotitdən, ağızın selikli qişasının zədələnmələrindən və digər xəstəliklərdən ayırd etmək lazımdır”.

Bayandur Rzayev bildirib ki, 2023-cü ilədək ölkə ərazisində dabağın 3 tipinə qarşı profilaktik peyvəndləmələr aparılırdı: “2023-cü ildən sonra isə peyvənd proqramına 4-cü tip əlavə olunub. Hazırda müvafiq araşdırmalar aparılır. Ehtiyac yarandığı təqdirdə 5-ci tip də əlavə edilə bilər. Heyvan xəstəliklərinə qarşı peyvəndləmə və dezinfeksiya işləri mütəmadi aparılır, bu işlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqəli şəkildə icra edilir və müvafiq tədbirlər birlikdə həyata keçirilir”.

Şöbə müdirinin sözlərinə görə, dabaq xəstəliyinin qida məhsulları vasitəsilə insanlara keçmə ehtimalı sıfıra yaxındır: “Bu ehtimal demək olar ki, yoxdur. Dabaq xəstəliyi insanlara heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Azərbaycanda ət və süd məhsullarının çiy çəkildə qəbulu ənənəsi demək olar ki yoxdur, bu səbəbdən dabaq xəstəliyinin insanlara keçmə ehtimalı sıfıra bərabərdir”.

Mesajla paylaşın @yeniera
Öncəki Yazı

Prezident: TRIPP layihəsi mütləq reallaşdırılacaq

Növbəti Yazı

Terror barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.