İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı son 24 saatda 13 nəfər artaraq 68 229 nəfərə çatıb.
Yeniera.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, son 24 saat ərzində dağıntılar altından altısı çıxarılan 13 ölü və 8 yaralı Qəzza zolağındakı xəstəxanalara çatdırılıb. Açıqlamada qeyd olunub ki, atəşkəsə baxmayaraq, son sutka ərzində mülki şəxsləri hədəf alan hücumlarda 7 nəfər ölüb, 8 nəfər yaralanıb.
İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 8-də başlayan hücumları nəticəsində ölənlərin sayı 68 min 229-a, yaralıların sayı isə 170 min 369-a yüksəlib.
Açıqlamada həmçinin, son atəşkəs razılaşmasının qüvvəyə minməsindən bu yana İsrailin Qəzzaya qarşı davam edən hücumlarında həlak olan fələstinlilərin sayının 87-yə, yaralıların sayının isə 311-ə yüksəldiyi vurğulanıb.Atəşkəsdən bu yana dağıntılar altından 432 cəsədin çıxarıldığı da bildirilib.
Bəyanatda həmçinin İsraildən daha 15 fələstinli məhbus cəsədinin çıxarıldığı, atəşkəs razılaşmasından sonra çıxarılan cəsədlərin sayının 165-ə çatdığı vurğulanıb.
Qəzza zolağında minlərlə ölülərin hələ dağıntılar altında qaldığı bildirilir.
Yeganə

