Norveç hökuməti elektrik və istilik üçün təbii qazın alınması üçün Ukraynaya daha 1,5 milyard Norveç kronu (149,4 milyon dollar) bağışlayır.
Yeniera.az xəbər verir ki, bu barədə hökumətin bəyanatında qeyd olunub.
Ukrayna prezidenti Volodimir Zelenski Osloya gedib və Qardermoen hava limanının hərbi hissəsində baş nazir Jonas Gahr Store ilə görüşüb.
Daha sonra Zelenski İsveçə gedəcək. Ölkənin baş naziri görüşün Linköpinqdəki döyüş təyyarələri istehsal edən Saab təyyarə zavodunda baş tutacağını açıqlayıb.
Yeganə

