ABŞ prezidenti Donald Tramp Vaşinqtonda NATO-nun baş katibi Mark Rutte ilə görüşündən sonra keçirilən mətbuat konfransında uzunmənzilli “Tomaqavk” qanadlı raketlərinin istismarını mənimsəmək üçün ən azı altı ay, adətən bir il tələb olunur.
Yeniera.az xəbər verir ki, Tramp bu raketlərin Kiyevə ötürülməsində yaranan çətinliklərin səbəblərindən biri kimi təlim müddətinin uzun olmasını göstərib.
ABŞ prezidenti ötən cümə günü Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən əvvəl onların təmin edilməsinin mümkünlüyünə eyham vurmuşdu, lakin sonra bunun baş verməyəcəyini açıqladı.
“Eyni zamanda, bütövlükdə Birləşmiş Ştatlar hələ “Tomaqavk”ı idarə etmək üçün başqa ölkələrin hərbi personalına təlim keçməyi planlaşdırmır”,-Tramp bildirib.
Yeganə

