• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
6°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home İqtisadiyyat

Manatla bağlı vəziyyət kəskin dəyişdi – Dolların taleyi…

24 Oktyabr, 25 / 11:18
A A
Manatla bağlı vəziyyət kəskin dəyişdi – Dolların taleyi…

Azərbaycanın valyuta bazarında son aylarda maraqlı tendensiya müşahidə olunur. Əhali dollar almaqdan çox satmağa başlayıb. Bu, insanların manata olan inamının artdığını və dolların mövqeyinin nisbətən zəiflədiyini göstərir.

Bu tendensiya davam etsə, bazarda dolların qiymətində azalma mümkündürmü?

Yeniera.az  xəbər verir ki , Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, insanlar dolları xırdalayıb yerli valyutaya çevirməyə üstünlük verirlər:

“Son dövrlərdə bəzi şəxslər qeyri-peşəkar proqnozlar verərək vətəndaşlar arasında əsassız ajiotaj yaradıb, onları dollar almağa təşviq edirdilər. İqtisadi və maliyyə savadı zəif olanlar isə belə panikaya asanlıqla qapılır və kütləvi şəkildə banklara axın edir, pullarını dollara çevirirdilər. Hətta nəticədə banklar dollar alışını şəxsiyyət vəsiqəsi ilə məhdudlaşdırmaq qərarına gəldilər və valyuta alan şəxslər barədə müəyyən qeydlər aparmağa başladılar. Lakin vətəndaşlar bilməlidirlər ki, hazırda dolların bahalaşması üçün real iqtisadi əsas yoxdur. Devalvasiyanın olması üçün neft qiymətlərinin kəskin enməsi və ölkəyə daxil olan gəlirlərin azalması kimi amillər lazımdır. Halbuki indi durum tam əksinədir. Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı artıb, bu da ölkəyə daxil olan xarici valyutanın həcminin çoxalmasına səbəb olub. Neftin qiymətində ciddi azalma müşahidə edilmir, dövlət büdcəsində isə profisit (artıq gəlir) yaranıb. Belə şəraitdə dolların məzənnəsinin yüksəlməsi üçün heç bir iqtisadi zəmin yoxdur”.

İqtisadçının fikrincə, dollara tələbin azalmasının əsas səbəbi vətəndaşların maariflənməsidir:

“Artıq insanlar anlayırlar ki, dövlətin valyuta ehtiyatları kifayət qədərdir və bu, manatın sabitliyini qorumağa, devalvasiyanın qarşısını almağa imkan verir. Digər tərəfdən, son bir ildə qızılın qiyməti dünya bazarında rekord səviyyəyə çatıb. Buna görə də, sərbəst vəsaiti olan şəxslər investisiyalarını dollara deyil, daha gəlirli sayılan qızıla yönəldirlər. Oxşar vəziyyət daşınmaz əmlak bazarında da müşahidə olunur. Belə ki, son bir ildə bu sektorda da kəskin qiymət artımı baş verib və bir çox vətəndaş sərmayəsini həmin istiqamətə yönəldib. Dolların məzənnəsi sabit qalsa da, digər valyutalarda məsələn, avroda müəyyən dövrlərdə həm yüksəliş, həm də eniş müşahidə olunur. Bu da bazara təsir edən amillər sırasındadır. Yəni vətəndaşlar dollara əvvəlki kimi “etibarlı investisiya vasitəsi” kimi baxmırlar. Əvəzində beynəlxalq fond birjalarına çıxaraq kriptovalyutalara və ya digər maliyyə alətlərinə yatırım etməyi daha məqsədəuyğun hesab edirlər”.

Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Almaniyada hərbçilər polisə atəş açdı

Növbəti Yazı

Sanitar qovşaqda yıxılan 72 yaşlı qadın xəstəxanada ölüb

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.