• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
11°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

İcra başçısı köməkçisini, sürücüsünü və daha bir neçə şöbə müdirini işdən çıxardı

24 Oktyabr, 25 / 14:18
A A
İcra başçısı köməkçisini, sürücüsünü və daha bir neçə şöbə müdirini işdən çıxardı

Qusar Rayon İcra Hakimiyyətində (RİH) son bir ildə bir neçə şəxs işdən çıxarılıb və yeni kadr təyinatları olub.

Yeniera.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Sahir Məmmədxanov əmrlər imzalayıb.

Məlumata görə, icra başçısı köməkçisi Marina Sərdərovanı vəzifəsindən azad edərək, onu Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə məsləhətçi vəzifəsinə təyin edib.

Digər əmrlə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Sevil Qədirova işdən çıxarılıb, onun yerinə Asya Bayramova təyin olunub.

İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri İlham Xəlilov da vəzifəsindən azad olunub və onu bu vəzifədə sektorun aparıcı məsləhətçisi Samir Kəlbiyev əvəzləyib.

Başçının daha bir əmri ilə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ənvər Balabəyov vəzifəsindən azad edilib, onun yerinə Eldar Hacıbalayev təyinat alıb. Eyni zamanda həmin şöbədə yeni – ikinci Baş məsləhətçi vəzifəsi yaradılıb və vəzifə vakansiyaya çıxarılıb.

İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Telman Kazımov da işdən çıxarılanlar arasındadır. Onun yerinə isə şöbənin məsləhətçisi Əliyulla Nəcərov təyin olunub. Məsləhətçi vəzifəsinə isə Azər Məcidov təyinat alıb.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev və şöbənin Baş məsləhətçi Rimma Şeydayeva da vəzifələrindən azad olunublar.

Kadr islahatları RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsini də əhatə edib. Belə ki, İkram Tumarxanov şöbəyə yeni müdir müavini təyin olunub. Şöbənin baş məsləhətçiləri – Zeynal Əskərov, Elvira Hacıbalayeva və Vadim Fərzəliyev vəzifələrindən azad olunublar. Elşad Aslanxanov isə şöbəyə yeni baş məsləhətçi təyin olunub.

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi – Vətən müharibəsi qazisi Hüseynov Tural Cabir oğlu vəzifəsindən azad olunub. Onun yerinə Nəsirli Səfərbəyova Röyalə Əjdər qızı təyin edilib.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mehri Fərzəliyeva və məsləhətçi Azər Məcidov işdən çıxarılıb. İlham Xəlilov isə yeni şöbə müdiri təyin olunub.

İcra başçısı həmçinin sürücülər – İkram Milhacovu və Elnur Sultanovu da işdən çıxarıb. Yeni sürücü vəzifəsinə isə Rahib Əhmədov təyin edilib.

Ən son xəbərləri bizim TikTok hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Gənc ofisiant bu şadlıq sarayında ölübmüş

Növbəti Yazı

"Appro Hospital"da qalmaqal - Qadın əməliyyatdan sonra ağır vəziyyətə düşdü (VİDEO)

XƏBƏR LENTİ

Prezident SƏRƏNCAM İMZALADI

Yeni icra başçısı daha bir məmuru işdən çıxardı

Pensiyaçılardan bu qədər vəsait tutulacaq...

Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - Siyahı

Bahar Muradova Türkmənistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək

Bakıda daha bir məşhur bazar SÖKÜLÜR - Aprelə qədər vaxt verildi

Şərqi Türkiyənin gizli gözəlliklərini bu qış kəşf edin - FOTOLAR

Anasının bank kartından oğurluq edən şəxs saxlanıldı

Əli Kərimli ilə bağlı QƏRAR VERİLDİ

Bakı–Bratislava birbaşa uçuşlarına start verilir

Bakıda bu obyektlər cərimələndi

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalanıb

Sabah bu rayonda 7 800 abonentin qazı kəsiləcək

Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək

Nazir onu vəzifəsindən azad etdi - FOTO

Razı Nurullayevin qardaşının şok səs yazısı yayıldı – VİDEO 

Dekabrın pensiyaları ödənildi

Tahir Kazımova yüksək vəzifə verildi

DTX əməliyyat keçirib: TUTULANLAR VAR

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.