• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
7°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Özəl

“Kreml Ağ Evlə oyun oynayır” - AÇIQLAMA

24 Oktyabr, 25 / 17:59
A A
“Kreml Ağ Evlə oyun oynayır” - AÇIQLAMA

Ukrayna prezidenti Vlodomir Zelenski Brüsseldə Avropa Şurasının sammitində istənilən ərazi güzəştinə qəti etiraz etdiyini bildirib. Lakin Ukrayna prezidenti atəşkəsin mümkün olduğunu, amma Rusiya üzərində təzyiqin artırılmasının vacibliyini də vurğulayıb.

Bəs, Kiyevin bu mövqeyi Rusiyanın gələcək hərbi və diplomatik addımlarına necə təsir göstərə bilər, Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində Ukrayna üçün hansı ssenarilər mümkündür?

Yeniera.az-ın sualını cavablandıran politoloq Elçin Xalidbəyli bildirib ki, Zelenski hazırda Ukraynanın maraqları çərçivəsində ata biləcəyi bütün addımları atır:

“Zelenski Avropa Birliyi, xüsusilə də, kollektiv Qərblə münasibətləri maksimum həddə çatdırıb, digər tərəfdən ABŞ-ın da Ukraynaya dəstəyini bərpa etməyə çalışır. Hələlik Tramp Putinin aldadıcı manevrlərinə effektiv reaksiya verməkdə çətinlik çəkir. Ona görə də ABŞ-ın Rusiyaya qarşı sərt təzyiqləri gecikir. Bu baxımdan hesab etmək olar ki, Zelenski hakimiyyəti üçün də müəyyən problemlər mövcuddur. Çünki Zelenski hakimiyyəti ABŞ-dan uzaqmənzilli raket sistemləri almaq niyyətində idi və həmin sistemlər sayəsində də Rusiyanın dərinliklərinə daha dəqiq zərbələr vurmaqla Kremli çıxılmaz duruma salmağı planlaşdırırdı. Ancaq ABŞ Tramp-Putin telefon danışığından sonra həmin raketləri Ukrayanaya verməkdən imtina etdi. Sonrakı mərhələdə də gözlənildiyi kimi, Ukraynaya silah verilməsinin qarşısını almağa nail olan Putin elə şərtlər irəli sürdü ki, Macarıstanda Tramp-Putin görüşünün keçirilməsi mümkün olmadı”.

Politoloqun sözlərinə görə, belə anlaşılır ki, Kreml faktiki olaraq Ağ Evlə oyun oynayır və əgər ABŞ tezliklə bu oyunlardan bezərsə, o zaman Rusiyaya qarşı daha ağır nəticələr verəcək addımlar atıla bilər:

“Xüsusilə də Rusiyaya və Rusiyanın iqtisadi-ticari tərəfdaşlarına eyni vaxtda sanksiyaların qoyulması Rusiya iqtisadiyyatının çökdürülməsinə səbəb ola bilər. Buna paralel olaraq ABŞ Ukraynaya vəd etdiyi uzaqmənzilli raket sistemlərini verərsə, o zaman Rusiya üçün hərbi-strateji problemlər başlaya bilər. ABŞ bu silahları pulsuz vermir, onların dəyərini Avropa Birliyi və NATO ödəyir. Bu baxımdan sadəcə Tramp administrasiyasının Ukraynaya həmin silahları verilməsi ilə bağlı siyasi qərar qəbul etməsi lazımdır. Belə qərar qəbul edilərsə, o zaman Rusiya üçün daha ağır mərhələnin qaçılmaz olması şübhə doğurmur”.

Ariz Həsənoğlu

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Suraxanıda qaz təchizatı dayandırılacaq

Növbəti Yazı

Almaniya Ukraynaya 60 milyon avro ayıracaq

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.