Rusiyanın şərqində yerləşən Kamçatkadakı Kraşeninnikov vulkanı 2,4 kilometr yüksəkliyə kül püskürüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kamçatka vulkan püskürməsinə qarşı mübarizə qrupu məlumat yayıb.
“Kraşeninnikov vulkanı 2,4 kilometr hündürlüyə kül püskürüb. Kül şleyfi vulkandan 36 kilometr cənub-şərqə qədər yayılıb”, – məlumatda deyilir.
Vulkana narıncı aviasiya təhlükəsi kodu verilib. Bu o deməkdir ki, onun fəaliyyəti yerli hava nəqliyyatı üçün təhlükə yaradır.

