ABŞ prezidenti Donald Trampın amerikalı milyarder və ixtiraçı İlon Maskla münasibətləri yaxşıdır.
Yeniera.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı mətbuat konfransında dövlət başçısının özü bildirib.
“İlonla hər şey qaydasındadır. Onu bəyənirəm, həmişə də bəyənmişəm. O, yaxşı və çox bacarıqlı oğlandır”, – Amerika lideri bildirib.
Tramp Mask ilə aralarında düşdüyünə də münasibət bildirib və bunu milyarderin həyatında “axmaq dövr” adlandırıb. O, bildirib ki, mühafizəkar fəal Çarli Kirkin anım mərasimində birgə iştirak etdikdən sonra onların münasibətləri yaxşılaşmağa başlayıb.
Yeganə

