Avropa Parlamentinin üzvlərinin müxalifəti dəstəkləməsi və ölkədəki iğtişaşlar səbəbindən Gürcüstan nümayəndə heyəti Şərq Tərəfdaşlığı Parlament Assambleyasının (Avroest) iclasında iştirak etməyəcək.
Yeniera.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin rəhbəri Levan Maxaşvili məlumat verib.
“Gürcüstan parlament nümayəndə heyəti Avronest Parlament Assambleyasının Yerevanda keçirilən 12-ci plenar iclasında iştirakdan imtina edib”, – Maxaşvilinin Feysbukda yazdığı məktubda deyilir.
Maxaşvilinin qeyd etdiyi kimi, Gürcüstan hakimiyyəti Avronest-in işində iştirak edən Avropa Parlamentinin bəzi üzvlərinin, eləcə də Avropa Parlamentinin özünün düşmən ritorikası və hərəkətləri tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə zidd olan hərəkətlərindən getdikcə daha çox narahat olur.
Avronest Parlament Assambleyasına ünvanladığı məktubda Maxaşvili avropalı parlamentarilərin Tbilisidəki etirazlara necə qoşulduğunu və öz bəyanatları ilə cəmiyyətdə iğtişaşları və radikallığı təşviq etdiyini təsvir edib.
Yeganə

