Bərdə rayonunun Mehdili kəndində iki avtomobil toqquşub, ölənlər var.
Bu barədə Yeniera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Onlar VAZ markalı minik avtomobillərində sıxılmış vəziyyətdə qalan iki nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

