• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
8°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Hadisə

Vardanyana yeni vəkil təyin olunub - FOTO

28 Oktyabr, 25 / 16:00
A A
Vardanyana yeni vəkil təyin olunub - FOTO

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 28-də davam etdirilib.

Yeniera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi ilə təmin olunub.

Sədrlik edən Z.Ağayev bildirib ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxs Ruben Vardanyan vəsatət verərək məhkəmə prosesindən narazı olduğu üçün müdafiəçisindən imtina etdiyini bildirmişdi. Həmçinin qeyd etmişdi ki, onun özünün başqa bir vəkillə müqaviləsi yoxdur və dövlət tərəfindən ona müdafiəçi təyin edilə bilər. Məhkəmənin qərarına əsasən, Ruben Vardanyanın müdafiəçisi Avraam Bermandan imtinasına dair vəsatəti qəbul olunmuş və ona dövlət hesabına vəkil təyin olunması ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət göndərilmişdi. Bu səbəbdən də ona dövlət hesabına müdafiəçi təyin olunub. Hakim bildirib ki, R.Vardanyanın yeni müdafiəçisi Vəkillər Kollegiyasının üzvü Emil Babışovdur.

Təqsirləndirilən şəxs yeni vəkili Emil Babışova etiraz etməyib. Prosesin digər iştirakçıları da müdafiəçiyə etirazlarının olmadığını bildiriblər.

Sonra hakim Z.Ağayev cinayət təqibinə yeni qoşulan vəkil Emil Babışovu məhkəmənin tərkibi ilə tanış edib.

Vəkil məhkəmə tərkibinə etiraz etmədiyini söyləyib. İclasa sədrlik edən hakim vəkilə təqsirləndirilən şəxslə həm istintaq təcridxanasında, həm də məhkəmədə görüşmək, eyni zamanda, cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradılacağını və əlavə vaxt veriləcəyini deyib.

Bundan sonra vəkilin işlə tanış olması və təqsirləndirilən şəxslə görüşməsi üçün proses təxirə salınıb.

Məhkəmə prosesi noyabrın 4-də davam etdiriləcək.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Ruben Vardanyana yeni vəkil təyin olunub - FOTO Ruben Vardanyana yeni vəkil təyin olunub - FOTO Ruben Vardanyana yeni vəkil təyin olunub - FOTO Ruben Vardanyana yeni vəkil təyin olunub - FOTO Ruben Vardanyana yeni vəkil təyin olunub - FOTO Ruben Vardanyana yeni vəkil təyin olunub - FOTO Ruben Vardanyana yeni vəkil təyin olunub - FOTO Ruben Vardanyana yeni vəkil təyin olunub - FOTO Ruben Vardanyana yeni vəkil təyin olunub - FOTO Ruben Vardanyana yeni vəkil təyin olunub - FOTO Ruben Vardanyana yeni vəkil təyin olunub - FOTO
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin @yeniera
Öncəki Yazı

"Ərazimizin heç bir şəkildə pozulmasını qəbul etməyəcəyik" - Leyen 

Növbəti Yazı

Milli Məclis Zəfərin beşinci ildönümü ilə bağlı Bəyanat qəbul edəcək

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.