ABŞ silahlı qüvvələri narkotiklərin daşınması üçün istifadə olunan dörd qayığı məhv edib, 14 şübhəli öldürülüb.
Yeiera.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset X-də bildirib.
“Üç zərbə zamanı ümumilikdə 14 narko-terrorçu öldürülüb, onlardan biri sağ qalıb. Bütün zərbələr beynəlxalq sularda həyata keçirilib, ABŞ qüvvələri itki verməyib”, – deyə o, qeyd edib.
“Bu narko-terrorçular Əl-Qaidədən daha çox amerikalıları öldürüblər və onlara da eyni münasibət göstəriləcək. Biz onları izləyəcəyik, şəbəkə quracağıq, sonra ovlayıb öldürəcəyik”, – Heqset deyib.
Rza Əli

