Polşa noyabrda Belarusla daha iki sərhəd-keçid məntəqəsini açmağa hazır olacaq.
Yeniera.az xarici mediaya istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
“Biz bu il noyabrda Bobrowniki və Kuznicada iki sərhəd keçidini açmağa hazır olacağıq. “Mən litvalılarla bu məsələni həll edən kimi biz bu iki keçidi noyabrda açmalıyıq. Sərhədin yenidən bağlanmalı olduğu ortaya çıxarsa, mən bir saniyə belə tərəddüd etməyəcəyəm”, – nazir qeyd edib.
Qeyd edək ki, Polşa Rusiyanın Belarusda hərbi təlimlər keçirməsindən sonra bu ölkə ilə sərhədini bağlayıb.
Rza Əli

