Moskva Tacikistanda Rusiya və Azərbaycan prezidentləri – Vladimir Putin və İlham Əliyevin ikitərəfli görüşünün nəticələrini yüksək qiymətləndirir.
Yeniera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Düşənbədə iki prezident arasında baş tutan ikitərəfli görüşün nəticələrini çox yüksək qiymətləndiririk. Bu, ikitərəfli münasibətlərimizdə həmin səhifəni birgə çevirmək baxımından çox vacib görüş idi”, – o qeyd edib.

