• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
8°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home İqtisadiyyat

“Bolmart”ın rəhbəri yayılan məlumatlara aydınlıq gətirdi - mağazalarımız əvvəlki qaydada fəaliyyət göstərir 

29 Oktyabr, 25 / 16:17
A A
“Bolmart”ın rəhbəri yayılan məlumatlara aydınlıq gətirdi - mağazalarımız əvvəlki qaydada fəaliyyət göstərir 

“Bolmart” mağazalar şəbəkəsinin icraçı direktoru Ramil Məmmədli mətbuat konfransı keçirib.

Yeniera.az xəbər verir ki, o, son günlər mətbuatda “Bolmart” mağazalar şəbəkəsinin bağlanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bildirib ki, mağazalar şəbəkəsinin bağlanmasına dair yayılan məlumatlar həqiqətə uyğun deyil. O, lakin bir filialın icarə ilə bağlı yaranmış problemlər səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını söyləyib:

“Bildiyiniz kimi, “Bolmart” artıq 10 ilə yaxındır ölkəmizdə uğurla fəaliyyət göstərir. Bu illər ərzində pandemiya dövrü də daxil olmaqla, icarə ödənişlərimizdə heç bir gecikmə olmamış, heç vaxt güzəşt tələb edilməmişdir. Şirkətimiz 100 milyon manatdan artıq bank krediti cəlb etməklə təsis olunub və bu günədək bütün öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirir”.

İcraçı direktor bildirib ki, sözügedən mağazaya 5 milyon manatdan artıq yatırım qoyulub və burada 200-ə yaxın əməkdaş çalışır:

“Həmin obyekt şəbəkəmizin ən rentabelli mağazalarından biridir. Lakin vurğulamaq istəyirik ki, bu mağazanın bağlanması yalnız bir ticarət nöqtəsinin itirilməsi anlamına da gəlməməlidir. Bu, şirkətin kredit öhdəliklərinə, gələcək fəaliyyətinə və ən əsası — 6000 əməkdaşımızın iş təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Bu vəziyyət həmçinin ölkəmizdə işsizliyin azaldılması istiqamətində həyata keçirilən sosial-iqtisadi siyasətə də uyğun deyil”.

R.Məmmədli vurğulayıb ki, “Bolmart” Azərbaycanda 100 ən çox vergi ödəyən şirkətlərindən biridir: “Biz eyni zamanda azad olunmuş ərazilərin bərpasına milyonlarla manat könüllü vəsait ayırmışıq. Hazırda “Bolmart” mağazalar şəbəkəsi şəhid olmuş əməkdaşlarının ailəsinə onların əməkhaqqlarını tam şəkildə ödəyir. Qazilərə mütəmadi aylıq ödənişlər həyata keçirir”.

“Hazırda söhbət yalnız bir mağazadan gedir. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra obyekt bizə məlumat verilmədən başqa şəxslərə icarəyə verilib. Halbuki, müqaviləmizin 2.3-cü maddəsində açıq şəkildə göstərilir ki, obyekt başqa şəxsə icarəyə veriləcəyi halda ilk növbədə həmin şərtlər Bolmart-a təklif edilməlidir. Bu şərt və bizim hüququmuz pozulub. Biz dəfələrlə obyekt sahibinin nümayəndələrindən bizi obyekt sahibi ilə birbaşa görüşdürməyi xahiş etmişik. Təəssüf ki, bu görüş hələ də təşkil edilməyib. Biz hesab edirik ki, obyekt sahibinə vəziyyət tam şəkildə izah edildikdə, o ədalətli qərar verəcək və uzun illərdir ölkədə minlərlə insanın iş yeri ilə təmin olunmasına töhfə verən bir şirkətin fəaliyyətinin risk altına düşməsinə imkan verməyəcək”, – icraçı direktor əlavə edib.

R.Məmmədli sonda bir daha vurğulayıb ki, “Bolmart” mağazalar şəbəkəsi fəaliyyətini tam şəkildə davam etdirir:

“Heç bir mağazamızın bağlanması gündəmdə deyil. Məqsədimiz qarşıdurma deyil, dialoq və hüquqi çərçivədə ədalətli həll yolu tapmaqdır”.

 

Ən son xəbərləri bizim TikTok hesabımızda izləyin @yeniera
Öncəki Yazı

“Azərbaycan və ABŞ arasında İşçi Qrupunun yaradılması ticarət əlaqələrinin inkişafına gətirib çıxaracaq”

Növbəti Yazı

"Nəvəm dedi ki, saqqallı kişi evə keçib anamı qucaqladı" - Parkdakı cinayətin təfərrüatı

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.