İspaniya hökuməti Türk Aerokosmik Sənayesi A.Ş. (TUSAŞ) tərəfindən hazırlanan Türkiyənin ilk milli reaktiv təlim və yüngül hücum təyyarəsi HÜRJET-in alınmasına icazə verib.
Yeniera.az xəbnər verir ki, bu barədə Nazirlər Şurasının oktyabrın 28-də keçirilən həftəlik növbədənkənar iclasında qəbul edilən qərarda deyilir:
“Nazirlər Şurası mövcud AE.09 (F5) təyyarələrini əvəz etmək üçün qırıcı və hücum təyyarələri üçün təxmini dəyəri 3,12 milyard avro olan İnteqrasiya edilmiş Təlim Sisteminin (ITS-C) alınmasına dair müqaviləni təsdiqləyib”.
Nazirlər Şurasının İspaniyanın Türkiyədən 45 HÜRJET alması ilə bağlı qərarında aşağıdakı ifadələr yer alıb:
“Bu müqavilənin tələbi Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələrin döyüş və hücum təyyarələrində ixtisaslaşmış pilotların hazırlanmasında imkanların yenilənməsi, genişləndirilməsi və yenilənməsi üçün zəruri tələblərə cavab verməsini təmin edəcək. Bu sistem (ITS-C) yeni və mürəkkəb təhlükəsizlik ssenarilərində əməliyyatlar üçün adekvat hazırlığı təmin etmək məqsədi daşıyır. Müqavilə imzalandığı tarixdən 30 noyabr 2035-ci il tarixinədək qüvvədə olacaq və uzadılması mümkün olmayacaq.
2029/2030 təlim kursunda istifadə edilən ilk çatdırılma təyyarəsi və HÜRJET-lərin ən azı 30 il xidmət göstərməsi ilə təhvillərin 2028-ci ildə başlaması gözlənilir”.
Yeganə

