Rio-de-Janeyro ştatının ombudsmanı polis tərəfindən keçirilən əməliyyat zamanı 132 nəfərin həlak olduğunu təsdiqləyib.
Yeniera.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Oktyabrın 28-də Braziliyada hüquq-mühafizə orqanlarının 2,5 mindən çox əməkdaşı Rio-de-Janeyronun şimalında yerləşən favelalarda fəaliyyət göstərən “Qırmızı komanda” adlı cinayətkar dəstənin üzvlərinin saxlanılması məqsədilə əməliyyata cəlb edilib.
“Son yenilənmiş məlumatlara əsasən, 132 nəfər həlak olub,” – deyə bildirilib.
Polis cinayətkarların nəzarətində olan ərazilərə daxil olaraq 100 həbs orderini icra etməyə çalışıb, lakin güclü silahlı müqavimətlə üzləşib.

