İsrail ordusu qüvvədə olan atəşkəsə baxmayaraq Qəzza zolağının şimalındakı Beyt Lahya şəhərinə hava hücumu həyata keçirib.
Yeniera.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, hücum nəticəsində 1 nəfərin həyatını itirdiyi bildirilir.
Filistinli mənbələr hadisəni təsdiqləyərək, İsrailin bölgədəki hərbi əməliyyatlarını dayandırmadığını qeyd ediblər.
İsrail Müdafiə Qüvvələri (IDF) isə hücumun “yeraltında saxlanılan quru və hava silahlarının yerləşdiyi obyektə” qarşı həyata keçirildiyini iddia edib.
Xatırladaq ki, beynəlxalq vasitəçilərin təşəbbüsü ilə elan edilmiş atəşkəs rejiminə baxmayaraq, İsrailin Qəzza zolağında hərbi əməliyyatları davam edir.

