Zaporojye AES-də vəziyyət son dərəcə ciddi olaraq qalır.
Yeniera.az xəbər verir ki, bunu Beynəlxalq Nüvə Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib.
“Biz barışıq əldə etmək üçün iki tərəf arasında vasitəçilik etməliyik ki, təmir işləri görülsün”, – deyə Qrossi qeyd edib.
Qrossi əlavə edib ki, zavodda “Ferroalloy-1” elektrik verilişi xəttinin bərpası davam etdirilir.
Qeyd edək ki, sentyabrın 23-dən Zaporojye stansiyasına elektrik enerjisi dizel generatorları vasitəsilə verilir, çünki bütün xarici elektrik xətləri döyüşlər zamanı zədələnib və işləmir.

