“Çin ABŞ-dan enerji almağa razılaşıb”.
Yeniera.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, bu, Çinin böyük Alyaska ştatından neft və qaz almasını nəzərdə tutan çox irimiqyaslı sövdələşmədir. Tramp qeyd edib ki, ABŞ-ın energetika naziri Kris Rayt, daxili işlər naziri Daq Burqum və amerikalı enerji rəsmiləri müvafiq ticarət sazişinin detallarını müzakirə etmək üçün tezliklə görüşəcəklər.
Bundan əvvəl, Trampın Çinlə qarşıdurmasında güzəştə getdiyi məlum olub. Konkret olaraq, o, Çindən idxal olunan malların tariflərini on faiz bəndi azaldıb. Belə ki, əgər əvvəllər tarif 57 faiz idisə, indi 47 faizə enib.
Yeganə

