Suriya ordusunun bəzi bölmələri Türkiyədə hərbi təlimlərə başlayıb.
Yeniera.az xəbər verir ki, bu barədə Ankarada jurnalistlərə Türkiyə Müdafiə Nazirliyindəki mənbələr bildiriblər.
“Suriya ordusunun potensialın artırılması ehtiyacını qarşılamaq üçün Suriya ordusunun bəzi bölmələri ölkəmizdə hərbi təlim keçirməyə başlayıb.
Onlar Türkiyə Silahlı Qüvvələrinin kazarma və poliqonlarından istifadə edirlər”, – deyə mənbələr qeyd ediblər.
Departament qeyd edib ki, Suriya hökuməti və onun bütün qurumları ölkənin yenidən qurulması, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün yorulmadan çalışmaqda davam edir.
Yeganə

