Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Fələstin-İsrail sülh prosesi ilə bağlı mövqeyini tənqid edib və onu Qəzza zolağında sülhün təmin olunması üçün birgə hərəkətə keçməyə çağırıb.
Yeniera.az xəbər verir ki, Ərdoğan Ankarada Almaniya kansleri Fridrix Mertslə danışıqlardan sonra bu fikirləri bildirib.
“HƏMAS-ın əllərində bomba yoxdur, nüvə silahı yoxdur, amma İsraildə var. İsrail dünən gecə öz bombalarından istifadə edərək Qəzzanı vurdu. Almaniya bunu görmür? Baş verənlərə nəzarət etmirmi? İsrail Qəzzanı vuraraq soyqırımını davam etdirir.
Rusiya ilə Ukrayna arasında müharibənin bitməsini görmək istədiyimiz kimi, biz də İsrailin Qəzzadakı hərəkətlərinə son qoymağın tərəfdarıyıq. Almaniya Qızıl Xaç Cəmiyyəti bizim Qızıl Aypara Cəmiyyətimizlə birlikdə Qəzzada soyqırım və aclığa son qoymalıdır.Qəzzada soyqırım və kütləvi qətllərə son qoymaq Türkiyənin, Almaniyanın və digər ölkələrin borcudur”, – deyə o, vurğulayıb.
Yeganə

