Dmitrov şəhəri yaxınlığında vəziyyət Ukrayna ordusu üçün kritik mərhələyə çatıb.
Yeniera.az xəbər verir ki, bu barədə Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin Teleqramda yayımladığı videomüraciətdə məlumat verib.
Puşilinin sözlərinə görə, Rusiya qüvvələri Seversk və Zvanovka istiqamətlərində irəliləyir. “Zvanovka qəsəbəsi tezliklə düşəcək, çünki qüvvələrimiz orada da aktiv şəkildə irəliləyir”, – o deyib.
DXR rəhbəri həmçinin iddia edib ki, Ukrayna qoşunları Krasnoarmeyskdə mühasirədən çıxmağa çalışır.
Onun sözlərinə görə, Ukrayna tərəfi Yampol istiqamətinə əlavə qüvvələr cəlb edib və bölgədə ağır döyüşlər gedir.
Rza Əli

