Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar zəlzələdən zərər çəkmiş Əfqanıstana humanitar yardım göndərəcəyini açıqlayıb.
Yeniera.az xəbər verir ki, Cayşankar bu barədə sosial mediada yazıb.
“Bu gün günorta mən Əfqanıstanın xarici işlər naziri Mövlavi Əmir Xan Müttəqiyə zəng edərək Bəlx, Samanqan və Baqlan əyalətlərində baş verən zəlzələ nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verdim.
Humanitar yardım bu gün Hindistandan zəlzələdən zərər çəkmiş icmalara çatdırılacaq. Tezliklə əlavə tibbi ləvazimatlar gözlənilir”,-nazir bildirib.
O, qeyd edib ki, söhbət zamanı əfqan həmkarı ilə Muttaqinin Yeni Dehli səfərindən sonra ikitərəfli münasibətlərdə əldə olunan irəliləyişləri müzakirə edib. İki ölkənin xarici işlər nazirləri Hindistan və Əfqanıstan vətəndaşları arasında əlaqələrin yaxşılaşdırılmasını alqışlayıblar.
Yeganə

