Moskvaya qarşı tətbiq edilən yeni sanksiyalardan sonra Türkiyə neft emalı zavodları Rusiya neftindən asılılığını azaltmağa başlayıb.
Yeniera.az Reuters-ə istinadən xəbər verir ki, ölkənin ən böyük neft emalı müəssisələri olan STAR (SOCAR) və Tupras Rusiya neftinin əvəzinə İraq, Qazaxıstan, Braziliya və Anqoladan xam neft alırlar.
Bild nəşrinin məlumatına görə, ABŞ-nin “Rosneft” və “Lukoyl”a qarşı sanksiyaları, bu Rusiya şirkətləri ilə işləyənlər üçün ikinci dərəcəli məhdudiyyətlər tətbiq etməyə imkan yaradır.
Ekspertlər bu addımı Türkiyənin enerji siyasətində köklü dəyişiklik hesab edirlər, çünki ölkə əvvəllər Rusiya neftinin əsas alıcısı olub.
Rza Əli

